4 Ekim 2016 Salı

Yuxumu qarışdırmışam


Yuxumu qarışdırmışam...
əqrəbdən asılan fikirlər
udur gecə saatlarını,
zamansız qaranlıq asılıb pəncərədən
ayın son işartıları yox olur göy üzündən,
əriyən gecə səhərə doğru axır,
pərdənin solan gülləri
maddım-maddım üzümə baxır.
Xəfif, çox xəfif bir rüzgar əsir
dolaşıq düşüncələrdən.
Olmadığım gecə hələ qurtarmamış
səhərın gümanları yapışıb
qapımın darıxan dəstəyindən.
Qulağıma qışqırır itən zaman,
dağılır boş məkan,
bu gecə sən yoxsan yuxularımda,
bu gecə mən də yoxam yuxularında.

Gecə də mənim deyil gündüzlərim tək
zamansız qaranlıq asılıb pəncərədən.
Zamansız qaranlıqda
həsrətim, intizarım,
zamansız qaranlıqda
saatın əqrəbindən
asılı qalmışam mən...

                                                                 2009

15 Eylül 2016 Perşembe

Vitrindəki pаltаrlаr

alıcısını gözləyən vitrindəki pаltаrlаr
utаnаr yаmаn,
utаnаr zаmаn-zаmаn
kirаyənişin bədənə
gеyinilib sоyunulmаqdаn

vitrindəki pаltаrlаrın
«аpаr məni, аpаr məni» dеyən,
yаlvаrаn bахışlаrı
uzаnаr..., uzаnаr qаpıyаcаn   

vitrindəki pаltаrlаr
bir аnlıq хоş bахışlаrа аldаnаr

vitrindəki pаltаrlаr
umud asılqanındаn asılаr
gеcədən səhərədək

vitrindəki pаltаrlаr
хəyаllаrındа
bir isti bədənə sığınıb gəzər
yaz gecələrində,
şəhərin tənha küçələrində.

                                  31.01.2008

Darıxan gecə

Bu darıxan gecədə
nə dənizin dalğası,
nə də ki bir kölgə var
üzümə toxunası.

Bu gecə qonaq ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.

Bu darıxan gecəni
qaranlığın qoynunda
səhərə daşıyıram
əllərimin içində.
     
                              03.01.2011

Dəniz sahilində

Göydən baxan baxışlar,             
məni sevir, bağışlar,
bu yuxular qoynunda,
bu tənhalıq içində.

Sahillərdə hasarlar,
aşsam məni asarlar,
saralmış əncirindən,
meynəli kəndirindən.

Qayasında gül oldum,
bağında bülbül oldum,
dibində lal, dənizin,
ləhcəsi bal, dənizin.

                           05.03.2011                                                                

14 Eylül 2016 Çarşamba

Sevgi nəğməsi

Sənin çətirini alan küləyin               
öpüşü qonacaq yanaqlarına,
enəcək, enəcək bir az aşağı -
o solan, göyərən dodaqlarına.

Bu yerin, bu göyün heç bilmədiyi,
ayın duymadığı, eşitmədiyi,
bir sevgi nəğməsi oxuyacağam
qara buludların qulaqlarına.

Daha bu əllərim çətirdi sənə,
o mil-mil barmağım pərdələnibdi,             
mənim baxışlarım şimşəkdən iti,
bulud pərən-pərən səpələnibdi.                    

Çırpdım küləkləri boz qayalara,
söndür, söndür məni, alışacağam,
mənim coşan sinəm yelkən kimidi,                       
dəniz dodağından yapışacağam.


O baxış ola

Tanrının sevimli bəndəsi kimi                 
bəxtinə yazılan bir naxış ola.
Üzünə dikilən, gözünə baxan,
sənin istədiyin o baxış ola.

Qəfil ay boylana gecənə sənin,
ulduzdan özünə çələng hörəsən.
Tutub əllərindən bir mələk kimi
sevgi qollarında hey yellənəsən.

Ürkək meh oxşaya üzdə telini,
könlünə bir xəfif sevda toxuna.
Sənin dodağında gəzən pıçıltı
mənim qulağımda gəlib oxuna.      


                                                        17.01.2016

Sənin otağında

Sənin otağında bilməm nə harda...
baxışlar, xəyallar hardan asılıb,
hardan gözlərinə işıq düşəcək                              
divardan asılan xəyal şəklimin.
Sənin otağında mənim yerim nə,
məkanım, məskənim, gümanlarım nə?

Sənin ürəyində yerim, o məlum.
Sənin otağında hardayam, harda?

Evdə əlindədir bil ixtiyarım,
istəsən miz üstə qoyub baxarsan,
istəsən diz üstə qoyub baxarsan,
qulaq yaddaşında sözdən asarsan,
baxışdan asarsan, gözdən asarsan...
Hərdən yatağına uzat dincəlim,
sevinsin, yaşasın sənli günlərim.

Sənin ürəyində yerim, o məlum.
Sənin otağında hardayam, harda?
Səni darıxmağa qoymaram daha
o mənli, o mənsiz otağında da...

                                                                          22.12.2012