Sənin otağında bilməm
nə harda...
baxışlar, xəyallar
hardan asılıb,
hardan gözlərinə işıq
düşəcək
divardan asılan xəyal
şəklimin.
Sənin otağında mənim
yerim nə,
məkanım, məskənim,
gümanlarım nə?
Sənin ürəyində yerim,
o məlum.
Sənin otağında
hardayam, harda?
Evdə əlindədir bil
ixtiyarım,
istəsən miz üstə
qoyub baxarsan,
istəsən diz üstə
qoyub baxarsan,
qulaq yaddaşında sözdən
asarsan,
baxışdan asarsan,
gözdən asarsan...
Hərdən yatağına uzat
dincəlim,
sevinsin, yaşasın sənli
günlərim.
Sənin ürəyində yerim,
o məlum.
Sənin otağında
hardayam, harda?
Səni darıxmağa
qoymaram daha
o mənli, o mənsiz
otağında da...
22.12.2012
Hiç yorum yok:
Yorum Gönder