Tanrının sevimli bəndəsi kimi
bəxtinə yazılan bir naxış ola.
Üzünə dikilən, gözünə baxan,
sənin istədiyin o baxış ola.
Qəfil ay boylana gecənə sənin,
ulduzdan özünə çələng hörəsən.
Tutub əllərindən bir mələk kimi
sevgi qollarında hey yellənəsən.
Ürkək meh oxşaya üzdə telini,
könlünə bir xəfif sevda toxuna.
Sənin dodağında gəzən pıçıltı
mənim qulağımda gəlib oxuna.
17.01.2016
Hiç yorum yok:
Yorum Gönder