Necə silim o şəklin mən göz yaşın?
Çarpaz qollar boğur məni şəkildə.
Çıxart məni köynəyinin içindən
enib qalxır ürəyintək şəkil də.
Indi hara baş götürüb yol gedir
gəl-gəl deyib, söz söyləyən baxışlar.
Göndər mənə, göndər doğma dərdləri
qucaqlaşıb öpüşsünlər tanışlar.
Üz-gözündə son illərin baxışı,
sevincimi qəmlər boğur haçandı.
Ha bağrıma basıb, basıb, hey öpdüm,
dərd sönmədi... təzə dərdlər oyandı.
... Danış şəkil, danış gözlər, danış, din.
Kim deyir ki illər bizi itirməz?
Baxma mənim sən arxamca beləcə
gözlər məni bir də geri gətirməz.
25.06.2015
Hiç yorum yok:
Yorum Gönder