Qəlbinə özündən ağır yükləri
illərdi yığırsan, daha sığışmır,
sənin ürəyini oxuyan kəsin
elə bilirsən ki qəlbi alışmır?
Sevincin sevincim, kədərin kədər,
sənsizlik çəkdiyim dərdlərdən betər,
özün yüklədiyin o yüklər qədər
içimdə sən boyda sən gəzdirirəm.
Dərd də dərd gətirir özündən böyük,
baxışım min kərə gözümdən böyük,
alnımın yazısı üzümdən böyük,
içimdə bir qoşa mən gəzdirirəm.
10.12.2013
Hiç yorum yok:
Yorum Gönder