14 Eylül 2016 Çarşamba


Dəniz sevgisi

Məni dəniz boğsa heç dərdim olmaz…
Bilirəm, ustufca, lap aram-aram
çəkib öz  qoynuna alacaq məni.
Bir az tumarlayıb, bir az oynadıb,
əliylə gözümü yumacaq mənim.
Mənim son sozümü qoymaz deməyə.
Ona dərd olacaq, dözməz bu dərdə.

... Məni sakitliyə aparıb gedər,
itirər gözlərdən, itirib gedər.
Yığar balıqları üçə, yeddiyə,
“baxdınız, gördünüz”, indi get, deyə,
qovar balıqları, qovar yanımdan.                         
Yuyub, rahatlayıb basdırar məni,
bütün canlılardan azdırar məni.
Bir rekviyem çaldırar susan sulara.
Ay da işıq salar, gecə durular...
Üstümə yosunlar döşəyər, tökər,
içimə bir sevgi toxumu səpər.
Oxşayıb, oxşayıb yatırar məni,
sevginin qoynunda batırar məni.

Məni dəniz boğsa heç dərdim olmaz,
üzümdə sevginin naxışı solmaz...

Hiç yorum yok:

Yorum Gönder